Egey dənizində zəlzələ oldu

24 Fevral 2021 16:54

Egey dənizində zəlzələ hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, təbiət hadisəsi Türkiyə və Yunanıstanın su sərhədlərində yaşanıb. Yunanıstanın Dodekanes və Türkiyənin Muğla şəhəri sahillərində baş verən yer silkələnməsi Rixter şkalası ilə 4.1 balla qiymətləndirilib.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. İtki və dağıntı yoxdur.

Milli.Az