Gecə küçədə yatan şəxs sığınacağa yerləşdirilib

24 Fevral 2021 14:51

Gecə sosial şəbəkələrdə haqqında foto paylaşılan, Qələbə dairəsi yaxınlığında küçədə gecələyən Yusif Əmirov Sosial Xidmətlər Agentliyinin Həssas əhali qrupundan olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Milli.Az bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov özünün sosial şəbəkədəki səhifəsində yazıb.

O, bu məsələ ilə maraqlanan, bu barədə onlara xəbər verən hər kəsə təşəkkür etdiyini də qeyd edib.

Milli.Az