İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub

24 Fevral 2021 15:24

İranda 112 nəfər koronavirusun "Britaniya ştammı"na yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Koronavirusla mübarizə qərargahının sözçüsü Əlirza  Rəisi deyib. 

O əlavə edib ki, indiyədək koronavirusun "Britaniya ştammı"na yoluxmuş şəxslərdən 8 nəfəri vəfat edib. 

Qeyd edək ki, İranda indiyədək koronavirusdan 59 663 nəfər həyatını itirib, bu virusa yoluxanların sayı isə 1 590 605 nəfərə çatıb.

Milli.Az