Simeone üçün ilk

24 Fevral 2021 13:41

"Atletiko" Dieqo Simeonenin baş məşqçiliyi altında ilk dəfə Çempionlar Liqasının 1/8 final mərhələsinin ev oyununda məğlubiyyət yaşayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, ötən gecə "Çelsi" ilə matçda qeydə alınıb. Madrid təmsilçisi "zadəganlar"a minimal hesabla uduzub- 0:1.

Beləliklə, "Atletiko" Simeonenin baş məşqçiliyi altında ilk dəfə bu mərhələdə məğlub olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 17-də keçiriləcək.

Milli.Az