Hava şəraiti ilə bağlı Sumqayıt və Abşeronda təcili yardıma müraciət daxil olmayıb

24 Fevral 2021 11:51

Fevralın 23 -dən 24 -nə keçən gündən Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına və Təcili Yardım Xəstəxanasına çağırışlarda artım olmayıb.

Milli.Az bildirir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralovanın da APA-ya verdiyi xəbərə görə, xəstəxananın Təcili və Tibbi Yardım Şöbəsinə də çağırılarda artım qeydə alınmayıb.

Hava şəraitinin dəyişməsi ilə əlaqədar avtoqəza , travma hadisəsi ilə əlaqədar hələlik Sumqayıt və Abşeron rayonu  Təcili tibbi yardım stansiyasına müraciət daxil olmayıb.

Milli.Az