Ermənistanda əhali sərhədyanı əraziləri tərk edir

24 Fevral 2021 14:09

Ermənistan əhalisi Azərbaycanla sərhədyanı bölgələrdən kütləvi köçə başlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bununla bağlı statistik göstəricilər yayılıb. Statistik məlumat Ermənistanın Azərbaycanla həmsərhəd yerləşən inzibati-ərazi bölgüsü vahidləri olan mərzlər üzrə rəqəmləri əks etdirir. 

Belə ki, Sünik mərzini (Zəngəzur) 1 300 nəfər, Tavuş mərzini (Göyçənin şimalı, Dağ Borçalısı) 800 nəfər, Qeqarkunik mərzini (Göyçə) 300 nəfər, Vayots Dzor mərzini (Dərələyəz) isə 200 nəfər tərk edib.

Milli.Az