Bakı-Quba və Gəndob-Yalama yolları buz bağlayıb

24 Fevral 2021 11:28

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində avtomobil yollarındakı vəziyyəti açıqlayıb.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Milli.Az-a açıqlamasında bildirib ki, ölkə ərazisində bəzi yollarda buzlaşma müşahidə edilir:

"Əksər avtomobil yollarında qar yağsa da, avtomobillərin hərəkəti təmin edilir. Hazırda Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu, Gəndob-Yalama yolunda və Ağsu aşırımında buzlaşma var. Bakı-Şamaxı-Yevlax yolunda qar yağsa da, yolda hərəkət var".

Milli.Az