Qaradağda 10 maşın toqquşdu, ölən var - VİDEO - FOTO

24 Fevral 2021 10:40

Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev Milli.Az-a açıqlamasında bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: "Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.

Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolununda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır".

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Milli.Az