Braziliyada ötən sutka koronavirusdan 1 386 nəfər ölüb

24 Fevral 2021 11:34

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 62 715 nəfər yoluxub.

Milli.Az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 257 875 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 386 nəfər ölüb, ölənlərin ümumi sayı 248 529 nəfər təşkil edir.

Milli.Az