Neft yenidən ucuzlaşıb

24 Fevral 2021 09:44

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,78% azalaraq 1 barelə görə 63,98 dollar təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,09% azalaraq 61 dollar təşkil edib.

Milli.Az