Məşhur aktrisa nişanlanıb

24 Fevral 2021 09:39

Amerikalı aktrisa-model Şeylin Vudli idmançı sevgili Auron Rocerslə nişanlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa aparıcı Cimmi Fellonun verilişində məlumat verib:

"Uzun müddətdir ki, bununla bağlı xəbərlər dolaşır. İnsanlar bizə görə narahat olmağa başlayıb. Doğrudur, biz nişanlanmışıq".

Milli.Az