Bakıda köçkün yataqxanasında yanğın söndürülüb - YENİLƏNİB

24 Fevral 2021 10:55

10:55

Bakıda Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın söndürülüb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, binanın damında başlayan yanğın tez bir zamanda nazirliyin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

----------

09:25

Bakıda hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. 

Milli.Az xəbər verir ki, hadisə Tbilisi prospektində yerləşən yaşayış binasında qeydə alınıb.

Yaşayış binasındakı yanğını söndürmək üçün əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti canlı qüvvəsi və texnikası cəlb olunub.

Milli.Az