Yol polisindən nümunəvi hərəkət - FOTO

24 Fevral 2021 10:27

Ötən gecədən yağan güclü qar Bakıda nəqliyyatın hərəkətində problemlər yaradıb.

Milli.Az bildirir ki, Bakının əsas küçə və yollarına xüsusi texnika ilə qum və duz səpilsə də, şaxtalı hava şəraiti yolların yenidən buz bağlamasına səbəb olub.

Belə şəraitdə polis əməkdaşının nümunəvi hərəkəti diqqət çəkib. Belə ki, Bakı şəhər icra hakimiyyətinin qarşısındakı yolayrıcında dayanan polis əməkdaşı marketdən öz hesabına aldığı duzu yerə səpməsi diqqətdən yayınmayıb.

Milli.Az fotoları təqdim edir:

Emin
Milli.Az