Bakı sakinini dəniz kənarında avtomobil vurub

24 Fevral 2021 09:15

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bilgəh qəsəbəsində Xəzər dənizinin sahilində qeydə alınıb. 

2002-ci il təvəllüdlü Yusifzadə Cəlal Elman oğlu dəniz kənarında gəzərkən onu minik avtomobili vurub. 

C.Yusifzadə xəstəxanaya yerləşdirilib. O, döş qəfəsinin və çanağının sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az