Bakıda dava zamanı gənc bıçaqlanıb

24 Fevral 2021 09:05

Bakının Suraxanı rayonunda 21 yaşlı oğlan bıçaqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Quliyev Cavid Zahir oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. 

Onun qarnının ön divarı və döş qəfəsinə ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırılır.

Milli.Az