Bakıda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

24 Fevral 2021 08:56

Bakının Binəqədi rayonunda zəncirvari yol qəzası baş verib, nəticədə 7 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə DSK yolu kimi tanınan ərazidə qeydə alınıb.

Yolun buz bağlaması 4 avtomobilin toqquşmasına səbəb olub. Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az