Ekvadorda bir neçə həbsxanada qiyam baş verib, 62 məhbus ölüb

24 Fevral 2021 07:44

Ekvadorda üç həbsxanada qiyam baş verib.

Trend-in "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, baş verən qiyamlar zamanı 62 məhbus öldürülüb.

Bildirilir ki, qiyamların başlamasına səbəb narkotacirlər qruplaşmalarının arasındakı münaqişə olub.

Ölən və xəsarət alan hüquq-mühafizə orqanları əməkdaşları barədə məlumat verilməyib.

Milli.Az