Britaniyada daha 8 489 koronavirusa yoluxma hadisəsi qeydə alınıb

24 Fevral 2021 08:39

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 489 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 134 639 nəfəri ötüb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 548 nəfər, hazırkı dövrədək isə 121 305 nəfər vəfat edib.

Milli.Az