Bakıda avtoyuma məntəqəsində yanğın

24 Fevral 2021 00:52

Bakıda yanğın hadisəsi baş verib.

Hadisə paytaxtın Mixail Kaveroçkin küçəsində yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hazirda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası cəlb olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az