Şəmkir sakini tanışı tərəfindən bıçaqlanıb

23 Fevral 2021 23:08

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Cəfərov Misafi qarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki M.Cəfərov tanışı Siyavuş Pənahov tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az