Bakıda qadını avtomobil vurub

23 Fevral 2021 22:28

Bakının Sabunçu rayonun yaşlı qadını avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.

1958-ci il təvəllüdlü Məmmədova Adilə Qəzənfər qızı yaşadığı evdən çıxıb yolun əks tərəfinə keçən zaman onu minik avtomobili vurub.

Yaralı bel fəqərələrinin əziyi və aşağı ətrafın sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az