Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib

23 Fevral 2021 21:39

Fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Üçtərəfli görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub.

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə birgə mətbuat konfransı təşkil edilib.

Əvvəlcə nazirlər görüşün protokolunu imzalayıblar.

Sonra nazirlər üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.

Milli.Az