Bakının üstünü qara buludlar alır - FOTO

23 Fevral 2021 17:09

Paytaxtda səhər saatlarından etibarən günəşli olan hava artıq dəyişməyə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumat qeyd olunduğu kimi 23 fevral tarixində axşama doğru hava şəraiti dəyişir.

Məlumatda bildirilmişdi ki, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Milli.Az