"Qrizmann "Barselona"ya keçməklə səhv etdi"

23 Fevral 2021 17:07

"Barselona"nın fransalı sabiq müdafiəçisi Jeremi Matye Antuan Qrizmanın Kataloniya klubundakı çətinliklərindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, həmyerlisinin "Atletiko"dan "Barselona"ya keçərək səhv etdiyini deyib: "Qrizmann "Atletiko"dakı səviyyədə oynamır. Məncə, "Barselona"ya keçərək səhv etdi. Madrid təmsilçisində komandanın vacib bir hissəsi idi. İndi onun eyni vəziyyətdə olduğuna əmin deyiləm".

Qeyd edək ki, Matye 2014-2017-ci illərdə "Barselona"da oynayıb.

Milli.Az