"Oğlum deyir ki, qocal artıq"

23 Fevral 2021 16:45

Oğlumun 25 yaşı var. Birlikdə harasa gediriksə, mənə irad tutur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "7 canlı" proqramında deyib. Sənətçi oğlunun ona iradından bəhs edib:

"Övladım deyir ki, qocal artıq. Ətrafdakılar bilsin ki, atamsan. Deyirəm, yox, çalışacam hər zaman görüntümü qoruyum. Səhnədə olan adamam, imkanım varsa, niyə özümü saxlamayım? 50 yaşım oldu, amma ruhum 25 yaşdır. Çalışıram, hər şeyi yaxşı görüm. Gözüm gözəllik axtarır. Pislər hər zaman var".

Milli.Az