Media nümayəndələri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar - FOTO

23 Fevral 2021 18:17

Media nümayəndələri üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tanışlıq səfəri təşkil olunub.

Qonaqlara əvvəlcə hərbi liseyin tarixi və fəaliyyəti barədə ümumi brifinq təqdim edilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sonra jurnalistlər hərbi liseyin tədris korpusları, tibb məntəqəsi, idman kompleksi, interaktiv tir, eləcə də kursant yataqxanası, yeməkxana və digər inzibati binalarda olublar.

Sonda media nümayəndələri kursantlarla birgə nahar ediblər.

Milli.Az