PSJ 700 min avro cərimələndi

23 Fevral 2021 17:55

Fransa Futbol Federasiyası PSJ-ni 700 min avro məbləğində cərimələyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi 2018-ci ilin yanvar-iyun aylarında idman avadanlıqları aldığı firmaya ödənişi gecikdirdiyi üçün bu cəzaya məruz qalıb.

Klubun açıqlamasında isə cəzaya etiraz edildiyi, ancaq qəbul olunmadığını bildirib.

Qeyd edək ki, Fransada ödənişləri gecikdirən firma, qurum və şirkətlər 375 min - 2 milyon avro arasında cərimələnir.

Milli.Az