Flora Kərimova ilə küsülü olmalarının əsl səbəbini açıqladı - VİDEO

23 Fevral 2021 17:49

Qadınlardan uzaq olmuşam, dostlarım daha çox kişilərdir. Bir də çağrılmadığım yerə getmərəm. Gedib özümü hər yerə soxan deyiləm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "ATV maqazin onlarla" proqramında deyib. Müğənni bibisi qızı, Xalq artisti Flora Kərimova ilə küsülü olmaqlarının səbəbini açıqlayıb:

"Cəbrayıla toya getmişəm, bibim rəhmətə gedib. İki gün rayonda qalıb, qayıdıb evə yatmışam. Bibimin qızı zəng edib ki, Cavanşir yoxdur? Zümrüd xanım rəhmətə gedib. Anam da cavab verib ki, yatıb. Üçünə gəlib çatdım, Flora həmin hadisədən incik qalıb. Anam rəhmətə gedəndə isə Flora xanım gəlmədi".

C.Məmmədov F.Kərimovanın gənc ifaçılarla duet oxumasına da etiraz edib:

"Gedib elə adamlarla duet oxuyur ki, mənə toxunur. Sənin oxumağın hardadı, onunku harda. Onun oxumağı sənin səviyyəndə deyil. Gedib Yalçın Rzazadə, Cavan Zeynallı, Mübariz Tağıyevlə duet oxusun. Yaş məsələsi bir yana, sənət də olmalıdır.

Flora Kərimova dahi sənətkardır, seçilən səsi var. Mənə bibi əvəzidir, böyüyümdür".

Milli.Az