Dağıstanda 170 minə yaxın sakin işıqsız qaldı

23 Fevral 2021 14:00

Dağıstanda güclü küləklər elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bir neçə rayonda ümumilikdə 168 mindən çox sakin işıqsız qalıb.

Qeyd olunur ki, bölgədə küləyin sürəti saniyədə 35 metrədək çatır.

Fəsadların aradan qaldırılması 150-dən çox mütəxəssis və 50-dən çox texnika cəlb olunub.

Milli.Az