Daha bir il yoxlama olmayacaq

23 Fevral 2021 13:53

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması daha bir il uzadılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklikdə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək uzadılması təklif edilir.

Müzakirələrdən sonra dəyilşiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az