Vətən müharibəsində C.Naxçıvanski adına Hərbi Liseyin 60 nəfərlik zabit heyəti iştirak edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov deyib. O qeyd edib ki, 44 günlük müharibədə liseyin mayoru şəhid olub:
"Sentyabrın 27-də başlamış Vətən müharibəsində Hərbi Liseyin 60 nəfərlik zabit heyəti döyüş əməliyyatlarında iştirak edib. Onlardan 3 nəfəri yaralanıb, 1 nəfər zabitimiz mayor Asiman Əliyev isə şəhid olub. Liseyin məzunlarından 18 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adı, 100-lərlə məzun olan zabitlərimiz isə orden və medallarla təltif olunub".
Milli.Az