13 yaşlı qızı moteldə zorlamaq istəyən pedofil belə tutuldu - FOTO

23 Fevral 2021 17:16

İnternetdə tanış olduğu oğlanla motelə gedən 13 yaşlı qız son anda xilas edilib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu 22 yaşlı oğlanla motelə gedən 13 yaşlı qız pedofilin əlindən son anda qurtarılıb.

Belə ki, 13 yaşlı qızın nənəsi polisə müraciət edərək onun məktəbdən sonra evə gəlmədiyini bildirib. Qızın sinifyoldaşlarından biri bildirib ki, o, internetdə tanış olduğu oğlanla otelə gedib.

Yaxınlıqdakı motelləri gəzən polislər 22 yaşlı pedofili yarıçılpaq halda tutublar. O, saxlanılaraq polis idarəsinə aparılıb.

Olay Floridada yaşanıb.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az