Şərurun Dəmirçi kəndi Sədərək rayonunun ərazisinə verilir

23 Fevral 2021 12:49

"Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, layihəyə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.

Layihə səsverməyə qoyularaq qəbul edilib. Bununla bağlı eyni zamanda Bələdiyyələrin siyahısına da dəyişiklik edilib.

Milli.Az