Azərbaycanda pensiya yaş həddi yüksək deyil - Nazirlik

23 Fevral 2021 12:37

Azərbaycanda pensiya yaşının yüksək olması ilə bağlı iddiaları biz də eşidirik, amma bu iddialın heç bir əsası yoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda əhalinin pensiya yaş həddi yüksək deyil:
"Bununla bağlı mütəmadi olaraq, araşdırma aparılır, sosial-iqtisadi inkişaf baxımından Azərbaycana yaxın olan bir necə ölkənin təcrübəsi davamlı olaraq, öyrənilir".
E.Abbasov qeyd edib ki, elm və texnikanın inkişafı insanların həyat səviyyəsinin uzanmasına səbəb olub:

"Bunu beynəlxalq təşkilatlar da deyir. Həyat səviyyəsinin ömür uzunluğunun artması nəticəsində pensiya yaşı bütün ölkələrdə mərhələli şəkildə artır. Bu gün elə ölkə tapmaq olmaz ki, o, pensiya yaşını mərhələlii şəkildə artırmasın".

Milli.Az