Peyvənd olunan 100 yaşlı qadın: "Şərab içirəm"

23 Fevral 2021 15:14

ABŞ-da 111 yaşlı Maria Aulenbaker COVID-19 virusuna qarşı peyvənd olunub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, dünyanın ən yaşlı peyvənd olunan adamıdır.

ABŞ-ın Cənubi Karolina əyalətində yaşayan xanım 1918-ci ildə ispan qripi adlanan pandemiyaya qalib gəlib. Artıq vaksinin ikinci dozası vurulan Maria Aulenbaker özünü yaxşı hiss etdiyini deyir:

"Hər şey yaxşıdır. Şərab və pivə içirəm. Sevdiyim hər şeyi yeyirəm".

Almaniyada yaşayan qadın 100 yaşında ABŞ-a köçüb.

Milli.Az