Gürcüstanın Baş naziri müxalifət liderinin həbsinə münasibət bildirdi

23 Fevral 2021 12:04

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Melianın həbsinə görə daxili işlər naziri Vaxtanq Qomelauriyə təşəkkür edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Baş nazir müxalif liderin həbsinin Gürcüstanın qanunla idarə olunan güclü dövlət olduğunu göstərdiyini qeyd edib.  

"Hökumət adından mən daxili işlər naziri Vaxtanq Qomelauriyə təşəkkür edirəm, çünki onlar dövləti və stabilliyi ləyaqətlə qorudular. Mən bir daha hər kəsə xatırlatmaq istərdim ki, biz qanunlarla idarə olunan güclü dövlətik. Güclü və effektiv Daxili İşlər Nazirliyimiz var", - Baş nazir qeyd edib.

Milli.Az