Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edildi

23 Fevral 2021 12:01

Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az