Ermənistanda etiraz aksiyalarında 25 nəfər saxlanılıb - YENİLƏNİB

23 Fevral 2021 13:01

13:01

Yerevanda Baş nazir Nikol Paşinyan əleyhinə keçirilən kütləvi etiraz aksiyasında 25 nəfər saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda aksiyalar hökumət binasının qarşısında və mərkəzi meydanda davam edir. Aksiya iştirakçıları "satqın Nikol" kimi şüralar səsləndirir.

----------
11:57

Yerevanda hökumət binasının ətrafına, eləcə də mərkəzi Respublika meydanına çoxlu sayda xüsusi təyinatlı polis cəlb edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müxalifət növbəti mitinq keçirəcəyini elan edib.

"Daşnaksutyun" partiyasının təşəbbüsü ilə etirazçılar Baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına mane olacaqların bildirib.

Xatırladaq ki, fevralın 20-dən etibarən müxalifət N.Paşinyanın istefası tələbi ilə fasiləsiz aksiyalar elan edib.

Milli.Az