Sevilin qəbri boş xonçalarla bəzədilib - VİDEO

23 Fevral 2021 11:53

Bakı şəhəri Xətai Rayon Prokurorluğunda 20 yaşlı Sevil Atakişiyevanın intihar faktı ilə bağlı cinayət işi açılıb.

İntihar faktından sonra qızın rəfiqələri onun bu intiharda valideynlərini suçlayan yazışmalarını yayıb. Nişanlı olan Sevil indi Nardaran qəbiristanlığında uyuyur. Onun qəbrini tər çiçəklər deyil boş nişan xonçaları bəzəyir.

Milli.Az anews.az-a istinadən Sevil Atakişiyevanın özünü atdığı binadan və dəfn olunduğu yerdən reportajı təqdim edir:

Milli.Az