Rusiya peyvəndi Qırğızıstanda da qeydiyyata alındı

23 Fevral 2021 14:14

Qırğızıstan Səhiyyə Nazirliyinin nəzdindəki Dərmanlar və Tibbi Cihazlar Departamenti Rusiyanın koronavirusa qarşı istehsal etdiyi "Sputnik V" peyvəndini qeydiyyata alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qeyd olunub ki, qərar yaxın gələcəkdə peyvəndlənmə kampaniyasının başladılmasına imkan verəcək.

Qeyd edək ki, "Sputnik V" dünyada ilk rəsmi qeydiyyata alınan koronavirus peyvəndidir.

Milli.Az