Gürcüstanda partiya sədrinin həbsi üçün xüsusi əməliyyat keçirildi - Binada barrikadalar quruldu - VİDEO

23 Fevral 2021 11:28

Tbilisidə müxalif "Vahid Milli Hərəkat" partiyasının sədri Nika Meliyanın həbs ilə əlaqədar xüsusi əməliyyat keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, xüsusi təyinatlı polis qüvvələri partiya binasını əhatəyə alıb.

Qeyd olunur ki, partiya sədrinin tərəfdarları binada barrikadalar qurub. Polis həbsi həyata keçirmək üçün gözyaşardıcı qazdan istifadə etməli olub.

Qeyd edək ki, N.Meliya 2019-cu ilin iyun aksiyalarının təşkilində ittiham olunub. Onun həbsi ilə əlaqədar Georgi Qaxariya istefa vermişdi.

Milli.Az