ABŞ səfirliyi Metyu Brayzanın Azərbaycana səfir göndəriləcəyini təkzib etmədi
27 Aprel 2010 16:20
Milli.Az xəbər portalının məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson 1news.az saytına açıqlamasında Ağ Ev tərəfindən Bakıya səfir təyin edilməsini gözlədiklərini söyəlyib. "Lakin hələ ki, ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə heç kimin namizədliyi irəli sürülməyib", - deyə T.Devidson bildirib. O, xatırladıb ki, prosedura əsasən, əvvəlcə səfir postuna namizəd Ağ Ev tərəfindən müəyyənləşdirilməli, daha sonra Senat onu təyin etməlidir. "Hələlik bizdə bu haqda məlumat yoxdur", - deyə o, qeyd edib.
Xatırladaq ki, bu gün Türkiyə mətbuatında M.Brayzanın Azərbaycana səfir göndəriləcəyinə dair xəbərlər yer alıb.
Milli.Az