Ronaldu bunu da bacardı

23 Fevral 2021 11:45

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu üçün A seriyasının 23-cü turunda "Krotone" ilə oyun (3:0) əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən matçda dubla imza atan portuqaliyalı hücumçu bununla da, bu mövsüm ölkə çempiatında bütün komandalara qol vurub.

Qeyd edək ki, Ronaldu 2020/2021 mövsümündə A Seriyasında 19 oyuna çıxıb, 18 qol vurub və 2 qolun ötürməsini verib.

Milli.Az