Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanıldılar

23 Fevral 2021 13:13

Mərakeş sahillərində Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanılıblar.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Mərakeşin şimalındakı Huseyma şəhəri sahillərində qayıqla Avropaya keçmək istəyən 59 qaçqın sahilə çıxarılıb.

Onlardan 7-si uşaq olub. Qaçqınların Qərbi Səhranın cənubundan gəldikləri məlum olub. Vəziyyəti ağır olan bir neçə qaçqın xəstəxanaya yerləşdirilib. Daha sonra hüquqi tədbirlər görüləcəyi gözlənilir.

Milli.Az