Gürcüstanda müxalifət lideri həbs edildi - FOTO

23 Fevral 2021 09:44

Gürcüstanın əsas müxalif partiyası olan "Vahid Milli Hərəkat"ın sədri Nika Melia həbs edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları partiya sədrini partiyanın baş ofisində həbs edib.

Polisin əməliyyat zamanı bibər qazı spreyindən istifadə etdiyi bildirilir.

Milli.Az