"Sumqayıt" futbol klubunun vitse-prezidenti vəfat etdi

23 Fevral 2021 09:30

"Sumqayıt" futbol klubunun vitse-prezidenti Vaqif Ömərov vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, V. Ömərov ötən gün 69 yaşında dünyasını dəyişib.

O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Vaqif Ömərov uzun illərdir ki, SOCAR "Azərikimya" İstehsalat Birliyinin Həmkarlar Təşkilatının sədri vəzifəsində də çalışırdı.

Allah rəhmət eləsin!

Milli.Az