Qazaxıstanda 692 yeni yoluxma

23 Fevral 2021 09:55

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 692 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 208 809 nəfərə çatıb, onlardan 2 540 nəfəri isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 994 olmaqla 192 733 nəfəri sağalıb.

Milli.Az