Azərbaycan Premyer Liqasının 17-ci turunda keçiriləcək bütün oyunlar 1 dəqiqəlik sükutla başlayacaq.
Bu barədə Milli.Az-a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən xəbər verilib. Məlumatda bildirilib:
"Xocalı faciəsinin 29-cu il dönümü ilə əlaqədar olaraq Premyer Liqanın 25 fevral tarixində baş tutacaq bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Allah rəhmət eləsin".
Milli.Az