NASA "Perseverance" apparatının Marsa enişi videogörüntüsünü yayıb - VİDEO

23 Fevral 2021 07:25

ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) mütəxəssisləri "Perseverance" ("Əzmkarlıq") Mars apparatının enişi zamanı çəkilmiş video nümayiş etdiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, video NASA-nın rəsmi saytında yayımlanıb.

Videogörüntüdə apparatın paraşütünün atmosferdə açıldığı andan planetin səthinə toxunduqdan sonra eniş modulunun ayrılmasına qədər olan bütün mərhələlər əks etdirilir.

Milli.Az