Evində partlayış olan aktyorun son durumu - Ciddi yanıq xəsarətləri var

22 Fevral 2021 23:59

Yaşadığı mənzildə baş verən partlayış nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın son vəziyyəti açıqlanıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki aktyorun vəziyyətinin ağır olduğu bildirlir.

C.Telman 5 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
 
Məlumata görə, hadisə hamam otağındakı suqızdırıcı cihazın partlaması nəticəsində baş verib. Aktyorun aşağı ətraflarında ciddi yanıq xəsarətləri var. Həkimlər hələ dəqiq söz demir və müalicə tədbirləri davam etdirilir.

Milli.Az